DÜNYA » SİYASƏT
11 Sentyabr 2021, 15:51 (GMT +4)

ABŞ-ın 10 milyon dollar mükafat təyin etdiyi Taliban naziri illər sonra kameralar qarşısına çıxıb (FOTO)

Bakı, 11 sentyabr, SalamNews, B.Samid. Talibanın təşkil etdiyi hökumətin daxili işlər naziri və ABŞ-ın illərdir təqib etdiyi Siracuddin Həqqani kameraların qarşısına çıxıb.

SalamNews Əfqanıstan mətbuatına istinadla xəbər verir ki, Talibanın təşkil etdiyi hökumətin daxili işlər naziri Siracuddin Həqqani bu gün rəsmən işə başlayıb.

O Kabildə “nazirliyin əməkdaşları” qarşısında çıxış edərək yeni göstərişlər verib.

ABŞ-ın 10 milyon dollar mükafat təyin etdiyi Siracuddin Taliban hərəkatının təhlükəli Həqqani şəbəkəsinin lideridir. İllərdir o kameralar qarşısına çıxmırdı.

Taliban bu şəxsi və Həqqani şəbəkəsinin digər üç üzvünü nazir təyin etdikdən sonra ciddi tənqidlərlə üz-üzə qalıb.