DÜNYA » SİYASƏT
13 Sentyabr 2021, 10:57 (GMT +4)

İran və Beynəlxalq Atom Agentliyi nüvə təsisatlarına nəzarətlə bağlı razılaşıblar

Bakı, 13 sentyabr, SalamNews, B.Samid. İran və Beynəlxalq Atom Enerjisi Agentliyi bu ölkənin bəzi nüvə təsisatlarındakı nəzarət kamerlarının işi ilə bağlı razılıq əldə ediblər.

SalamNews BBC-ə istinadla xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin sədri Rafael Qrossi İrana səfərinin yekununda deyib.

O bildirib ki, “İrana səfər zamanı aparılan danışıqlardan sonra diplomatik atmosfer yenidən təmin edilib.”

BAEA-nin sədri bildirib ki, nüvə təsisatlarında olan nəzarət kameralarının işi ilə bağlı razılıq əldə edilib.

Qeyd edək ki, İran ABŞ-ın nüvə sazişindən çıxması və sanksiyalara başlamasından sonra, habelə Nətənz nüvə obyektindəki təxribatdan və nüvə aliminin terrora məruz qalmasından sonra uranın zənginləşdirilməsini 60 faizə çatdırıb və bəzi təsisatlarda kameraların çəkilişini və BAEA-nin mütəxəssislərinin bu kameraların lent yazılarını əldə etmələrini məhdudlaşdırıb.