DÜNYA » SİYASƏT
14 Sentyabr 2021, 11:25 (GMT +4)

Əfqanların ABŞ-a təxliyəsi daha bir həftəlik dayandırılıb

Bakı,  14 sentyabr, SalamNewsƏfqanıstan vətəndaşlarının ABŞ-a təxliyəsi qızılaya yoluxma hallarının artması fonunda azı yeddi gün daha dayandırılıb.

SalamNews TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pyer Aydaho və Kaliforniya ştatlarına gedən ABŞ Prezidenti Co Baydenin təyyarəsində keçirdiyi brifinqdə deyib.

"Bu uçuşlar hələ də dayandırılır. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin müraciəti əsasında təxliyə əməliyyatına fasilə verilib. 

ABŞ-a gələn bütün əfqanlar hazırda qızılca əleyhinə peyvənd edilməlidir. Əfqanların peyvəndlənmə prosesi ABŞ-dakı hərbi bazalarda aparılır", Jan-Pyer bildirib.