DÜNYA » SİYASƏT
14 Sentyabr 2021, 10:26 (GMT +4)

Dünya dövlətləri Əfqanıstana bir milyard dollarlıq humanitar yardım vədi veriblər

Bakı, 14 sentyabr, SalamNews, B.Samid. Cenevrədə Əfqanıstanla bağlı təcili toplantıda bu ölkəyə bir milyard dollar humanitar yardım vədi verilib.

SalamNews BBC-ə istinadla xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib.

Bildirilib ki, Cenevrədə Əfqanıstana təcili yardımla bağlı keçirilən toplantıda iştirak edən dövlətlər bu ölkəyə ümumilikdə bir milyard dollar humanitar yardımın göstərilməsi haqda vəd veriblər.

BMT bundan öncə Əfqanıstanda humanitar vəziyyətin çox təəssüfləndirici olduğunu bildirmiş və təcili yardımlar üçün 600 milyon dollar yardımın edilməsini istəmişdi.