DÜNYA » SİYASƏT
14 Sentyabr 2021, 16:28 (GMT +4)

ABŞ-da senatorlar ultimatum verib

Bakı, 14 sentyabr, SalamNews. ABŞ-da iki respublikaçı senator, Co Bayden administrasiyasının "Şimal axını-2" boru kəməri operatoru "Nord Stream 2 AG"ə sanksiya tətbiq etməyincə, ABŞ Dövlət Departamenti və Xəzinədarlığına namizədlərin təsdiqini gecikdirəcəkləri ilə hədələyib.

SalamNews -un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Amerika parlamentinin yuxarı palatasındakı iki komitəyə göndərilən məktubda deyilir.

Senatorlar Ted Kruz və Pet Tuminin məktubunda qeyd edilir ki, "Nord Stream 2 AG"ə sanksiyalar tətbiq olunana qədər Dövlət Departamenti və Maliyyə nazirliklərindəki vəzifələrə namizədlərə qarşı səs verəcəklər. Senatorlar qeyd ediblər ki, sanksiyalar tətbiq olunarsa, etirazlarını geri götürəcəklər.