AZƏRBAYCAN » İDMAN
15 Sentyabr 2021, 00:54 (GMT +4)

"Qarabağ" - "Bazel": mətbuat konfransları və məşqlərin vaxtı bəlli olub

Bakı,  15 sentyabr, SalamNews, R.Nadirli. UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ” Bakı Olimpiya Stadionunda İsveçrənin “Bazel” klubunu qəbul edəcək.

SalamNews xəbər verir ki, bu oyundan öncə - sentyabrın 15-də keçiriləcək açıq məşq (15 dəqiqə) və mətbuat konfranslarının vaxtları müəyyənləşib.

 

“Qarabağ”
17:00 Baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı
17:30 Komandanın oyun öncəsi son məşqi
Məkan: Bakı Olimpiya Stadionu

 

“Bazel”
19:30 Baş məşqçi Patrik Rahmenin mətbuat konfransı
20:00 Komandanın oyun öncəsi son məşqi
Məkan: Bakı Olimpiya Stadionu.