DÜNYA » SİYASƏT
15 Sentyabr 2021, 11:46 (GMT +4)

İsrail İranla əldə ediləcək yeni nüvə sazişilə razılaşa biləcəyini elan edib

Bakı, 15 sentyabr, SalamNews, B.Samid. İsrail yeni razılaşma olarsa İranın nüvə proqramı ilə razılaşa biləcəyini bildirib.

SalamNews xəbər verir ki, bunu İsrailin müdafiə naziri Beni Qants "Foreign Policy"-ə açıqlamasında bildirib.

İsrail rəsmisi bildirib ki, ölkəsi İranla yeni nüvə razılaşmasına boyun qoya bilər.

O, İranın nüvə fəaliyyətini davam etdirəcəyi təqdirdə İsrailin hərbi yoldan başqa yolu qalmayacağını deyib və ABŞ-ı İrana qarşı təzyiqlərini artırmağa çağırıb.

Qeyd edək ki, ABŞ İranla 2015-ci ildə imzalanan nüvə sazişindən çıxandan sonra İrana qarşı sərt sanksiyalara başlayıb və bununla yanaşı İrandan yeni razılaşmanın əldə edilməsini istəyib. Məlumata görə ABŞ İsrail və Səudiyyə Ərəbistanın təzyiqi ilə yeni nüvə anlaşmasına ballistik raketlər proqramının məhdudlaşdırılması və rəsmi Tehranın Yaxın Şərq siyasətində dəyişikliyi tələb edib. Lakin rəsmi Tehran BMT Təhlükəsizlik Şurasının 2231-ci qətnaməsinin təsdiqlədiyi nüvə sazişinə əlavələrin edilməsinin qeyri-mümkün olduğunu bildirir.