DÜNYA » SİYASƏT
15 Sentyabr 2021, 12:54 (GMT +4)

İran nüvə danışıqlarını aparan rəsmisini dəyişib

Bakı, 15 sentyabr, SalamNews, B.Samid. İran nüvə müzakirələrinə rəhbərlik edən Abbas Əraqçini yeni diplomatla əvəzləyib.

SalamNews xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanın yeni təyinatına əsasən Əli Baqiri-Kəni nüvə müzakirələrini aparacaq şəxs olub. O, xarici işlər nazirinin sabiq müavini Abbas Əraqçini əvəzləyəcək.

Bu arada Avropa İttifaqı rəsmiləri yenidən İrana nüvə danışıqlarının davam etdirilməsilə bağlı çağırış ediblər.

Qeyd edək ki, nüvə sazişinin bərpası ilə bağlı danışıqlar İran seçkilərinə görə dayanmışdı.