RUSİYA » SİYASƏT
15 Sentyabr 2021, 14:56 (GMT +4)

Lavrov ABŞ-ın Rusiya işlərinə müdaxiləsi ilə bağlı ciddi məlumatlar olduğunu açıqlayıb

Bakı, 15 sentyabr, SalamNews. Moskva Vaşinqtondan Rusiya işlərinə niyə müdaxilə olunduğu ilə bağlı cavab gözləyir.

SalamNews xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, konkret faktlar Amerika səfiri Con Sallivana ötürülüb, o, "bu sənədi məlumat kimi qəbul edib və yoxlayacağına dair soz verib". 

"Düzdür, o Rusiya qanunlarını pozduğuna dair heç bir məlumat olmadığını bildirib, ancaq məlumatlar ona ötürülüb və onlar olduqca ciddidir. Bunun niyə baş verdiyini anlamaq üçün amerikalı həmkarlarımızdan cavab gözləyirik", Lavrov bildirib.