AZƏRBAYCAN » CƏMİYYƏT
15 Sentyabr 2021, 15:26 (GMT +4)

Təyyar Eyvazov: Koronavirusa yoluxan bəzi uşaqlarda yeni sindrom yarana bilər

Bakı, 15 sentyabr, SalamNews. “Pandemiya dövründə tədrisin necə təşkil olunması ilə bağlı Səhiyyə Nazirliyinin qaydaları var”.

SalamNews xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

O bildirib ki, valideynlər hər gün övladları ilə söhbət etməlidirlər: “Övladının səhhətində problem olan valideyn onu məktəbə göndərməməlidir. Delta ştamının sürətlə yayıldığını nəzərə alaraq, ailədaxili yoluxma halları müşahidə oluna bilər. Odur ki, valideyn evdə övladının bədən hərarətini mütəmadi yoxlamalıdır”.

T.Eyvazov xatırladıb ki, bəzi uşaqlarda infeksiyaya yoluxduqdan sonra yeni sindrom yarana bilər: “Yoluxma halları uşaqlar arasında adətən ağırlaşmaya səbəb olmur. Məktəblərin açılması kütləviliyin olması deməkdir. Uşaqların yoluxmaması üçün bütün lazımi addımlar atılmalıdır”.