AZƏRBAYCAN » İDMAN
15 Sentyabr 2021, 14:00 (GMT +4)

"Qarabağ"ın rəqibi olan "Bazel" Bakıya gəlir - (FOTO)

Bakı,  15 sentyabr, SalamNews, R.Nadirli. Konfrans Liqasının H qrupunda "Qarabağ"ın rəqibi olan "Bazel" bu gün İsveçrəni tərk edib.

SalamNews xəbər verir ki, isveçrəlilər Ağdam klubu ilə oyun üçün paytaxtımıza yol alıb.

Bu gün günorta saatlarında Bakıda olacaq komanda dərhal otelə yollanacaq, axşam isə oyunun keçiriləcəyi stadionda məşqə çıxacaq.

​Xatırladaq ki, “Qarabağ” – “Bazel” oyunu sabah 20:45-də BOS-da keçiriləcək.