DÜNYA » SİYASƏT
15 Sentyabr 2021, 17:45 (GMT +4)

KİV: ABŞ təcili olaraq Rusiya ilə yaxınlaşmalıdır

Bakı, 15 sentyabr, SalamNews. Moskva ilə Pekin arasında əməkdaşlığın daha da möhkəmlənməsinin qarşısını almaq üçün ABŞ təcili olaraq Rusiya ilə yaxınlaşmalıdır.

Bu barədə "The American Conservative" jurnalı məlumat yayıb.

Məqalə müəllifi Ted Karpenterin sözlərinə mörə, Vaşinqton hazırda iki cəbhədə Soyuq Müharibə aparır. SalamNews -un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu, mövcud strateji resursların səmərəli həyata keçirilməsinə imkan vermir.

Karpenter hesab edir ki, Çinlə ticarət mübahisələrindən və Rusiya Federasiyası ilə diplomatik qalmaqallardan ibarət olan ABŞ-ın təcavüzkar siyasəti rəqiblərə iqtisadi və hərbi əlaqələr qurmağa kömək edir. Onun fikrincə, hərbi münaqişə olarsa Rusiya və Çin daha güclü olacaq.