AZƏRBAYCAN » İDMAN
15 Sentyabr 2021, 14:59 (GMT +4)

"Bazel"in meneceri: "Qarabağ"ın oyun stili bizim oyunumuza bənzəyir

Bakı,  15 sentyabr, SalamNews, R.Nadirli. "Bazel"in meneceri Filip Kaufman Konfrans Liqasının H qrupunun “Qarabağ”la oyunu haqda danışıb.

SalamNews xəbər verir ki, İsveçrə klubunun rəsmisi bu cür danışıb: “Uzun səyahətə çıxırıq. Avrokuboklardakı çıxışımıza görə, daima səyahətlərdə olacağıq. Otellərdə özümüzü digər qonaqlardan qorumalıyıq. Oyun və məşqlər ərəfəsində oteldən çıxmaq olmayacaq. Azərbaycanda pandemiya ilə bağlı qərararın bir az sərt olduğunu bilirik. Amma bizim üçün problem olmayacaq.

​“Qarabağ”ın əsas keyfiyyətini bilirik. Bizi güclü rəqibə qarşı oyun gözləyir. “Qarabağ”ın oyun stili bizim oyunumuza bənzəyir. Təsnifat mərhələsində heç bir oyunda uduzmayaıb. Bizi çətin duel gözləyir. Lakin sabah qələbə qazanmaq üçün şansımız var. İlk oyun bizim üçün vacibdi. Bacardığımız qədər irəliləmək istəyirik”.