DÜNYA » SİYASƏT
16 Sentyabr 2021, 09:00 (GMT +4)

Fransa prezidenti Afrikada İŞİD liderinin öldürüldüyünü bildirib

Bakı, 16 sentyabr, SalamNews, B.Samid. Fransa prezidenti Emanuel Makron İŞİD-in Afrika üzrə liderinin ölkə qüvvələri tərəfindən zərərsizləşdirildiyini bildirib.

SalamNews xəbər verir ki, Emanuel Makron bu barədə rəsmi tvitter səhifəsində yazıb.

O bildirib ki, 13 noyabrda Parisdəki terror hücumlarından sonra Fransa İŞİD terror təşkilatına qarşı mübarizəni gücləndirib.

Əlavə edilib ki, aparılan əməliyyat çərçivəsində Afrika səhrasında İŞİD-in lideri Ədnan Əbu-Vəlid əs-Səhravi öldürülüb.

Qeyd edək ki, İŞİD terror təşkilatı 2015-ci ilin noyabrında Parisdəki hücumu üzərinə götürmüşdü.