AZƏRBAYCAN » İDMAN
16 Sentyabr 2021, 23:07 (GMT +4)

Konfrans liqası: "Qarabağ" klubu "Bazel"lə heç-heçə edib

Bakı,  16 sentyabr, SalamNews, R.Nadirli. Bu gün Konfrans Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib.

SalamNews xəbər verir ki, turnirdə yeganə təmsilçimiz "Qarabağ" da meydana çıxıb. Qurban Qurbanovun komandası Bakıda İsveçrənin “Bazel” klubu ilə üz-üzə gəlib.

Bu mövsüm keçirdiyi 6 oyunda uduzmayan Ağdam təmsilçisi doğma meydanda 3 xal üçün mübarizə aparıb.

 

16 sentyabr

Konfrans Liqası

H qrupu, 1-ci tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Bazel” (İsveçrə) 0:0
Baş hakim: Erik Lambrexts (Belçika)
Bakı Olimpiya Stadionu