AZƏRBAYCAN » SİYASƏT
16 Sentyabr 2021, 09:25 (GMT +4)

Səlcuq Bayraktar: Qarabağ müharibəsindəki uğura töhfə vermək bizim üçün böyük şərəfdir

Bakı, 16 sentyabr, SalamNews. Atam, böyük qardaşım və mən də Qarabağ müharibəsindən sonra medallarla təltif edildik. Belə bir müharibədə əldə edilən uğurlara töhfə verməkdən qürur duyuruq.

SalamNews xəbər verir ki, bunu Türkiyənin "Baykar Makina" şirkətinin texniki direktoru Selçuk Bayraktar "CNN Türk"ə müsahibəsində deyib.

Bayraktar bildirib ki, bir çox ölkələr PUA-lar istəyir: "10-dan çox ölkə ilə müqavilələr imzalanıb, PUA-lar artıq beş ölkəyə ixrac olunur.

Gələcəyin ən güclü hava qüvvələri pilotsuz uçuş təyyarələri olacaq".