DÜNYA » SİYASƏT
16 Sentyabr 2021, 11:56 (GMT +4)

Fransa ABŞ, Britaniya və Avstraliya üçlüyünün razılaşmasını “arxadan zərbə” adlandırıb

Bakı, 16 sentyabr, SalamNews, B.Samid.  “Avstraliyanın ABŞ və Britaniya ilə bu anlaşması xoşagəlməz və arxadan vurulan bıçaq zərbəsidir.”

SalamNews BBC-ə istinadla xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

Fransa XİN rəhbəri Britaniyanın, ABŞ və Avstraliya üçlüyünün yeni təhlükəsizlik razılaşmasına kəskin reaksiya verərək, bunu arxadan vurulan bıçaq zərbəsi kimi qiymətləndirib.

Məlumata görə Rəsmi Paris, Avstraliyanın Fransız sualtı gəmiləri almaq üçün milyardlarla dollarlıq müqavilədən çıxma qərarına belə sərt reaksiya verib.

Fransa Xarici işlər naziri öz açıqlamasında bu addımın iki ölkə arasındakı əməkdaşlıq ruhuna zidd olduğunu bildirib.

Qeyd edək ki, 2016 -cı ildə Fransa və Avstraliya ikinci üçün ən böyük müdafiə sənayesi müqaviləsi hesab edilən müqaviləni imzalamışdılar.

Müqaviləyə əsasən Avstraliya ölkənin Hərbi Dəniz Qüvvələri üçün 12 sualtı gəmi inşa etmək məqsədilə Fransaya 50 milyard dollar ödəməli idi.

Avstraliyanın Baş naziri Scott Morrison, Fransanın əsas tərəfdaş və müttəfiq olaraq qaldığını söyləyib. Eyni zamanda o, iki ölkə arasındakı münasibətlərin "pozulduğunu" etiraf edib.