DÜNYA » SİYASƏT
16 Sentyabr 2021, 16:38 (GMT +4)

Taliban Pəncşirdə ballistik raketlər aşkarladığını bildirib (VİDEO)

Bakı, 16 sentyabr, SalamNews, B.Samid. Taliban hərəkatı Pəncşir əyalətində Sovet İttifaqı dövrünün istehsalı olan ballistik raketləri aşkarladığını bildirib.

SalamNews xəbər verir ki, Taliban hərəkatına yaxın olan sosial şəbəkələrdə Pəncşirdə aşkarlandığı deyilən “R-17 Elbrus” ballistik raketlərinin görüntüləri yayımlanıb.

Qeyd edək ki, bu raketlər Sovet İttifaqı tərəfindən 1962-1987 -ci illərdə istehsal edilmiş minimum 300 km mənzilli ballistik raketlərdir.

Məlumata görə Əfqanıstan Ordusunda bu raketlərdən olub. Videodan bəlli olur ki, raketlər hazır vəziyyətdə deyil və istismar müddəti də bitib.

Qeyd edək ki, Pəncşir hazırda Əfqanıstanda döyüşlərin getdiyi yeganə bölgədir.