DÜNYA » SİYASƏT
17 Sentyabr 2021, 10:20 (GMT +4)

Husilər Səudiyyə Ərəbistanın həssas obyektlərini PUA və ballistik raketlərlə hədəfə alıblar

Bakı, 17 sentyabr, SalamNews, B.Samid. Husilər Səudiyyə Ərəbistanın cənub və mərkəz hissələrində bir sıra həssas obyektləri ballistik raketlər və PUA-lardan hədəfə alıblar.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”ndən (husilər) məlumat verilib. 

Bildirilib ki, Səudiyyə Ərəbistanın cənub və mərkəz hissələrində bir sıra həssas obyektlər ballistik raketlər və PUA-lardan hədəfə alınıb.

Mənbə həyata keçirilən hücum əməliyyatı haqda bu gün təfsilatlı bəyanatın veriləcəyini bildirib.

Bu arada Səudiyyə Ərəbistanın hərbi koalisiyası cümə gecəsi ölkənin cənubunda dörd PUA-nın havadan müdafiə tərəfindən vurulduğunu bildirib.