DÜNYA » SİYASƏT
17 Sentyabr 2021, 10:53 (GMT +4)

ABŞ-ın sanksiyalarına baxmayaraq İran neftini daşıyan maşınlar Livan paytaxtına daxil olub (VİDEO)

Bakı, 17 sentyabr, SalamNews, B.Samid. Onlarla neft maşını ABŞ-ın sanksiyalarına məruz qalan Livanın paytaxtına daxil olub.

SalamNews xəbər verir ki, ABŞ-ın sanksiyalarına məruz qalan Livana ötən gün Suriya ərazisindən 102 neft maşını daxil olub. Onlardan bir qismi ötən gecə Livanın paytaxtı Beyrutun cənub rayonlarında gedib.

Qeyd edək ki, Livan hökuməti İran neftinə qarşı ABŞ sanksiyalarına görə bu ölkədən birbaşa neft ala bilmir. İki gün öncə Hizbullah hərəkatının vasitəçiliyi ilə İrandan gətirilən dörd neft tankerindən birincisi Suriyanın Banyas limanına çatıb.

Məlumata görə birinci tankerdə, ciddi yanacaq qıtlığı ilə üzləşən Lavana aparılmaq üçün 30 min ton neft var. Onların Suriya yolu ilə Livana daşınması üçün 1,500-dən çox yük maşının nəzərdə tutulduğu bildirilib.