DÜNYA » SİYASƏT
17 Sentyabr 2021, 11:42 (GMT +4)

Tacikistanda Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

Bakı, 17 sentyabr, SalamNews, B.Samid. Şanxay Əməkdaşlıq Təşkilatının 21-ci zirvə toplantısında daimi üzv dövlətlərin, eləcə də İranın müşahidəçi qismində iştirakı ilə cümə günü Tacikistanın paytaxtı Düşənbədə işə başlayıb.

SalamNews xəbər verir ki, ötən gündən Tacikistana gedən bir sıra dövlət başçıları burada ikitərəfli görüşlər keçiriblər.

Bu günkü sammitin iclasında isə Şanxay Əməkdaşlıq Təşkilatının son iyirmi il ərzində fəaliyyətinin əsas nəticələri və təşkilat daxilində çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Şanxay sammitinin iştirakçıları, regional, beynəlxalq əməkdaşlıq və koronavirusun yaratdığı böhranın fəsadlarının aradan qaldırılması üçün təşkilat daxilində birgə tədbirlər də daxil olmaqla müxtəlif mövzuları müzakirə edəcəklər.

Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderləri tərəfindən İranın təşkilata daimi üzvlüyünün qəbul edilməsi, Misir Ərəb Respublikası, Qətər və Səudiyyə Ərəbistanına dialoq ortağı mövqeyinin verilməsi prosesi ilə bağlı qərar qəbul edəcəyi gözlənilir.

Şanxay Əməkdaşlıq Təşkilatı 1996 -cı ildə Şanxayda Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentlərinin iştirakı ilə yaradılıb.

2005 -ci ildə İran, Hindistan və Pakistan təşkilata müşahidəçi olaraq, 2017 -ci ildə isə Hindistan və Pakistan bura daimi üzv olub.

Əfqanıstan, Monqolustan və Belarusiya hazırda təşkilatın müşahidəçi üzv dövlətləridir və Ermənistan, Azərbaycan Respublikası, Nepal, Kamboca, Türkiyə və Şri-Lanka ölkələri 2015 -ci ildə təşkilata üzv olmaq üçün müraciət ediblər.