DÜNYA » SİYASƏT
17 Sentyabr 2021, 12:27 (GMT +4)

Tramp üç il sonra ABŞ-ın yox olacağı ilə bağlı xəbərdarlıq edib

Bakı, 17 sentyabr, SalamNews. ABŞ-ın keçmiş prezidenti Donald Tramp yaxın üç ildə ölkənin sonunun gələcəyini bidirib. Belə bir açıqlamanı o "Newsmax" kanalının efirində səsləndirib.

SalamNews-un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Tramp bildirib ki, Co Bayden vəzifəyə başlayandan ABŞ heç olmadığı qədər sərt düşüşə keçib.

"2022 və 2024-cü illərdə keçiriləcək seçkilər başlayanda bir ölkəmiz olmayacaq", - deyə eks-prezident qeyd edib.

Bu sözlərdən sonra aparıcı Şon Spayser müsahibəni sona çatdırıb.