AZƏRBAYCAN » SİYASƏT
18 Sentyabr 2021, 11:39 (GMT +4)

İran səfiri və Şahin Mustafayev Gorus-Qafan yolundakı vəziyyəti müzakirə ediblər

Bakı, 18 sentyabr, SalamNews, B.Samid. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi baş nazirin müavini Şahin Mustafayevlə görüşüb.

SalamNews xəbər verir ki, bu barədə İranın Azərbaycandakı Səfirliyinin rəsmi tvitter səhifəsi vasitəsilə məlumat verilib.

Bildirilib ki, Seyid Abbas Musəvi bölgədəki cari dəyişikliklər, xüsusən Azərbaycan Respublikası ilə Ermənistan arasındakı sərhəd bölgələrindəki yeni vəziyyət, Gorus-Qafan yolunda yeni nəqliyyat şəraiti və digər əlaqəli mövzularla bağlı baş nazirin müavini cənab Şahin Mustafayevlə məsləhətləşmələr aparıb.