DÜNYA » SİYASƏT
18 Sentyabr 2021, 12:56 (GMT +4)

Britaniya və Almaniya nüvə sazişinin bərpası üçün İranla danışıqların başlamasını istəyiblər

Bakı, 18 sentyabr, SalamNews, B.Samid. Almaniya Xarici İşlər naziri və İngiltərənin yeni Xarici İşlər naziri Liz Terrasın telefon danışığında İranla müzakirələri yenidən başlatmağın təcili olduğu vurğulanıb.  

SalamNews xəbər verir ki, Almaniyanın Xarici İşlər naziri Haiku Moss yeni həmkarı Liz Terrass ilə ikitərəfli əlaqələr və nüvə sazişi mövzusunda telefon danışığı aparıb.  

Almaniya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada qeyd olunub:  

"Biz müdafiə və xarici siyasət sahəsində Britaniya-Almaniya əməkdaşlığını davam etdirəcəyik. Nüvə sazişi mövzusunda İranla danışıqların yenidən başlamasına təcili ehtiyac olduğu qəbul edilib".

Qeyd edək ki, nüvə sazişinin bərpası üçün aparılan danışıqlar İran prezident seçkilərinə görə dayanıb. Cari ayın sonlarında bu danışqıların yenidən başlayacağı gözlənilir.