DÜNYA » SİYASƏT
18 Sentyabr 2021, 13:37 (GMT +4)

Tokayev Talibanla qeyri-rəsmi dialoqa başlamağı təklif edib

Bakı, 18 sentyabr, SalamNews. KTMT və ŞƏT ölkələri Əfqanıstanın yeni hakimiyyəti ilə qeyri-rəsmi dialoqa başlamalıdır. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bu təklifi Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Düşənbədə KTMT və ŞƏT dövlət başçılarının birgə iclasında irəli sürüb.

Onun sözlərinə görə, bu tip dialoq Talibanın əsl niyyətini adnlamağa, regional sabitliyi təhdidlərə dair ümumi fikir formalaşdırmağa və Əfqanıstanla ticari-iqtisadi əlaqələri bərpa etməyə imkan verəcək.

O bildirib ki, hazırki mərhələdə rəsmi tanınmaqdan söhbət getmir.

"Bir daha vurğulayım - çox şey həm yeni administrasiyanın gələcək əməli addımlarından, həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarından asılı olacaq", - Qazaxıstan rəhbəri bildirib.