DÜNYA » İDMAN
18 Sentyabr 2021, 14:30 (GMT +4)

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib

Bakı,  18 sentyabr, SalamNews, R.Nadirli. Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

SalamNews xəbər verir ki, turnirin ilk həftəsinin ən yaxşısı adına "Makkabi"nin (Hayfa) hücumçusu Stipe Peritsa layiq görülüb. O, səsvermədə “Roma”dan Lorenso Pelleqrini, “Kopenhagen”dən Yonas Vinn, LASK-dan Dario Mareşiçi qabaqlayıb.