DÜNYA » HADİSƏLƏR
18 Sentyabr 2021, 14:58 (GMT +4)

Çində yol qəzasında 6 nəfər ölüb, 13 nəfər yaralanıb

Bakı, 18 sentyabr, SalamNews. Çinin cənubundakı Quandun əyalətinin Hueyçjou şəhərində avtomobilin yol kənarındakı ticari çadıra çırpılması nəticəsində azı 6 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

Hueyçjou şəhərinin Hueyan rayon polis şöbəsinin yaydığı açıqlamada bildirilir ki, avtomobilin ticarət obyektinə çırpılmasından sonra yanğın başlayıb.

Bütün zərərçəkənlər ən yaxın xəstəxanaya çatdırılıb. Avtomobilin 30 yaşlı sürücüsü saxlanılıb, araşdırma aparılır.