DÜNYA » SİYASƏT
18 Sentyabr 2021, 16:35 (GMT +4)

Suriyada enerji xəttinin partladılması nəticəsində əksər əyalətlər işıqsız qalıb

Bakı, 18 sentyabr, SalamNews, B.Samid. Suriyanı qazla təmin edən xəttin partladılması nəticəsində ölkənin böyük elktrik stansiyalarından birinin işi dayanıb.

SalamNews SANA-a istinadla xəbər verir ki, bu barədə Suriyanın Enerji Nazirliyi bəyanat verib.

Bildirilib ki, ölkənin cənubunda qaz xətti partladılıb.

Nəticədə Dəməşqətrafı əyalətdə yerləşən Dir-Əli elektrik stansiyasının işi dayanıb.

Suriyanın Enerji Nazirliyi gün ərzində xəttin bərpa ediləcəyini bildirib.

Hələ bu hücumu heç bir qrup üzərinə götürməyib.