DÜNYA » SİYASƏT
18 Sentyabr 2021, 17:01 (GMT +4)

Avstraliyada karantinlə bağlı etiraz aksiyalarında 260-dan çox insan həbs edilib

Bakı, 18 sentyabr, SalamNews. Avstraliya polisi Sidney və Melburnda keçirilən etiraz aksiyalarında 260-dan çox insanı həbs edib.

SalamNews xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

“Əməliyyata xüsusi xidmət orqanları, yol və atlı polis əməkdaşları da daxil olmaqla 1.7 mindən çox polis cəlb edilib. 1.5 mindən çox polis məmuru sanitar məhdudiyyətlərə və peyvəndlərə qarşı kütləvi aksiyaların planlaşdırıldığı Sidney küçələrinə çıxıb. Şəhərin bir çox bölgələrində ictimai nəqliyyatın hərəkəti dayandırılıb, taksilərin mərkəzdəki biznes bölgəsinə sərnişin daşıması qadağan edilib", Yeni Cənubi Uels polisi bildirib.

Melburndakı etirazlar zamanı 235 nəfər həbs edilib, daha 193 nəfər ictimai asayişi və sanitariya tələblərini pozduğuna görə cərimələnib.