DÜNYA » SİYASƏT
20 Sentyabr 2021, 12:40 (GMT +4)

İranın Ali lideri ölkənin Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edib

Bakı, 20 sentyabr, SalamNews, B.Samid. İranın İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xamenei ölkə ordusunun Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edib.

SalamNews bu barədə İSNA-a istinadla xəbər verir.

Bildirilib ki, briqada generalı Həmid Vahidi İranın İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xamenei tərəfindən ölkə ordusunun Hərbi Hava Qüvvələrinə komandan təyin edilib.

Əlli altı yaşlı Əhməd Vahidi İranın Rəfsəncan şəhərində doğulub və bundan öncə Hərbi Hava Qüvvələrinin Təbriz qərargahının komandanı olub.