DÜNYA » SİYASƏT
20 Sentyabr 2021, 12:29 (GMT +4)

KXDR XİN Avstraliya, Böyük Britaniya və ABŞ arasındakı yeni müdafiə ittifaqını tənqid edib

Bakı, 20 sentyabr, SalamNews. ABŞ-ın nüvə sualtı gəmiləri qurmaq üçün texnologiyanı Avstraliyaya ötürmə qərarı dünyada nüvə silahı yarışına səbəb ola biləcək son dərəcə təhlükəli bir addımdır.

SalamNews -un verdiyi xəbərə görə, bu barədə KXDR Xarici İşlər Nazirliyinin nümayəndəsi açıqlama verib.

"Bu, Asiya-Sakit okeanı bölgəsindəki strateji tarazlığı pozacaq və nüvə silahı yarışını başladacaq  son dərəcə arzuolunmaz və təhlükəli bir addımdır", adı çəkilməyən diplomat bildirib.

O bildirib ki, Pxenyan Vaşinqtonun bu qərarının "arxa planını diqqətlə araşdıracaq".

Qeyd edilir ki, prezident Co Bayden administrasiyasının bu cür hərəkətləri "sülhü və sabitliyi təhdid edərək mövcud beynəlxalq nizamı pozur".

Onun sözlərinə görə, belə bir şəraitdə KXDR rəhbərliyinin ölkənin müdafiə qabiliyyətini gücləndirmək qərarı yerində qəbul edilmiş qərar olub.