QAFQAZ » SİYASƏT
20 Sentyabr 2021, 14:50 (GMT +4)

KİV: Ermənistan Türkiyə ilə təmaslara başlamağa hazır olduğunu açıqlayıb

Bakı, 20 sentyabr, SalamNews. İrəvan və Ankara rəsmiləri arasında effektiv təmaslar başlayarsa, Ermənistan Türkiyə ilə ən yüksək səviyyədə dialoqa başlamağa hazırdır. SalamNews xəbər verir ki, bu barədə TASS-a Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyan açıqlama verib.

"Baş nazir, son parlament iclasında Türkiyə ilə danışıqlara başlamaqla bağlı düşüncələrindən bəhs edərək, yüksək səviyyəli təmaslardan əvvəl işgüzar müzakirələrin aparılmalı olduğunu qeyd edib. Ermənistan Nazirlər Kabineti bu təmaslara hazır olsa da, indiyə qədər Ermənistan və Türkiyə rəsmiləri arasında heç bir əlaqə olmayıb. Belə səmərəli iş görülərsə, Ermənistan  yüksək səviyyədə görüşlərə hazır olacaq ”, - deyə Gevorqyan bildirib.