DÜNYA » SİYASƏT
20 Sentyabr 2021, 14:45 (GMT +4)

İran Kürdüstan muxtariyyəti ərazisində terrorçuların dörd qərargahını məhv etdiyini bildirib

Bakı, 20 sentyabr, SalamNews, B.Samid. İran İraqın şimalında Kürdüstan Regional Hökumətinin nəzarətindəki bölgərə endirdiyi artileriya və raket zərbələrilə bağlı yeni açıqlama verib.

SalamNews Tasnim-ə istinadla xəbər verir ki, İslam İnqilabının Keşikçilər Ordusu mənbələri cari ayın 9-da Kürdüstan muxtariyyəti ərazisində yerləşən Sidekan bölgəsinə endirilən artileriya və raket zərbələri haqda yeni açıqlama veriblər.

Bildirilib ki, bu hücum zamanı bölgədə xarici kəşfiyyat, xüsusilə də İsrailə və bir sıra ərəb dövlətlərinə bağlı olan terrorçuların dörd qərargahı məhv edilib.

Onlara aid silah anbarlarının və əməliyyt otaqlarının yerlə-yeksan edildiyi əlavə edilib.

Qeyd edək ki, İran bu hücumdan iki gün öncə İraq Kürdüstan Regional Hökumətinə burada terrorçuların fəaliyyəti və onların qarşısının alınması ilə bağlı xəbərdarlıq etmişdi.