DÜNYA » SİYASƏT
20 Sentyabr 2021, 15:45 (GMT +4)

Livanda yeni hökumətlə bağlı iclas vaxtı parlamentin işıqları sönüb

Bakı, 20 sentyabr, SalamNews, B.Samid. Livanda yeni formalaşan hökumət haqda səsvermənin keçiriləcəyi iclasda işıqların sönməsi fasilələrin yaranmasına səbəb olub.

SalamNews Livan mətbuatına istinadla xəbər verir ki, bu gün ölkə parlamentində hökumətlə bağlı iclasda işıqlar sönüb.

İşıqların sönməsi bir saat çəkib və sonda elektrik generatorunun gətirilməsilə problem həllini tapıb.

Qeyd edək ki, bu gün Nəcib Miqatinin formalaşdırdığı hökumət parlamentdə səsverməyə çıxarılacaq. Bu hökumət 13 ay siyasi boşluqdan sonra təşkil edilib.

Xatırladaq ki, Livanda ciddi yanacaq və enerji qıtlığı hökm sürür.