QAFQAZ » SİYASƏT
20 Sentyabr 2021, 16:27 (GMT +4)

Paşinyan: Ermənistan regional kommunikasiya xətlərinin açılmasında maraqlıdır

Bakı, 20 sentyabr, SalamNews. Ermənistan 25 ildən çoxdur davam edən blokadadan çıxışı nəzərdə tutan regional kommunikasiya xətlərinin bərpasında son dərəcə maraqlıdır. SalamNews-un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Nikol Paşinyan İrəvanda Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşündə deyib.

"Biz kommunikasiya xətlərinin açılmasında son dərəcə maraqlıyıq, çünki bunu Ermənistanın 25 ildən çoxdur davam edən blokadasını yarmaq üçün bir fürsət olaraq görürük. Ümid edirik ki, işlərimiz yekunlaşanda konkret qərarlar qəbul edəcəyik", o deyib.