DÜNYA » SİYASƏT
21 Sentyabr 2021, 15:27 (GMT +4)

KİV: Sudanda uğursuz hərbi çevriliş cəhdi olub

Bakı, 21 sentyabr, SalamNews. Sudanın paytaxtı Xartumda bir qrup hərbçinin uğursuz çevriliş cəhdi olub.

Bu barədə Sudan dövlət televiziyası məlumat yayıb.

SalamNews -un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, dövlət televiziya və radio kanalları təcili xəbərləri yaymaq və insanları çevriliş cəhdinə müqavimət göstərməyə çağırmaq üçün yayımlarını kəsib.

Rəsmi mənbələr, bir qrup hərbçinin Omdurman bölgəsindəki hərbi maşınları ələ keçirdiyini qeyd edir.

"Facebook"da açıqlama verən Sudan Suveren Şurasının sözçüsü Məhəmməd əl-Faki Süleyman vəziyyətin nəzarət altında olduğunu, həmvətənlərini ölkəni müdafiə etməyə çağırıb.