DÜNYA » SİYASƏT
21 Sentyabr 2021, 15:58 (GMT +4)

Trampın fikrincə miqrant böhranı səbəbindən ABŞ tezliklə üçüncü dünya ölkəsinə çevriləcək

Bakı, 21 sentyabr, SalamNews. ABŞ, miqrasiya böhranı səbəbiylə yaxın gələcəkdə üçüncü dünya ölkəsinə çevrilə bilər. SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu fikri  ABŞ-ın keçmiş prezidenti Donald Tramp səsləndirib.

"ABŞ tezliklə üçüncü dünya ölkəsi sayılacaq. Əvvəllər, hazırda sərhədimizdə baş verənlərə bənzər heç bir şey yaşanmamışdı. Milyonlarla insan artıq ölkəyə sızıb, amma çoxu hələ yoldadır", Trampın açıqlamasında deyilir.

ABŞ Prezidenti Co Bayden bu ilin yanvarında hakimiyyətə gəldikdən sonra "yeni miqrasiya siyasəti" elan edib, sığınacaq axtaranların Meksikaya göndərilməsi proqramına son qoyub. O vaxtdan ABŞ-a girməyə çalışan miqrant axını əhəmiyyətli dərəcədə artıb.