DÜNYA » SİYASƏT
22 Sentyabr 2021, 15:46 (GMT +4)

İranda koronavirusdan ölənlərin sayı 118 mini keçib

Bakı, 22 sentyabr, SalamNews, B.Samid. İranda son sutkada koronavirusun Covid-19 növündən 286 nəfərin ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 118,191-ə çatıb.

SalamNews Mehr-ə istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, İranda son sutkada koronavirusun Covid-19 növündən 286 nəfərin ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 118,191-ə çatıb.

Əlavə edilib ki, son gün ərzində ölkədə 17,433 nəfərin koronavirusa yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 5,477,229-a çatıb.

İran Səhiyyə Nazirliyinin məlumata görə bu ölkədə son iki ayda ilk dəfə olaraq gündəlik ölənlərin sayı 300-dən aşağı düşüb.

İranda koronavirusun beşinci dalğası nisbətən səngiməkdədir.