DÜNYA » SİYASƏT
23 Sentyabr 2021, 08:57 (GMT +4)

İranın prezidenti İbrahim Rəisi Rəcəb Təyyib Ərdoğanı Tehrana rəsmi səfərə dəvət edib

Bakı, 23 sentyabr, SalamNews, B.Samid. İranın prezidenti İbrahim Rəisinin dəvəti Türkiyə tərəfinə çatdırılıb.

SalamNews İRNA-a istinadla xəbər verir ki, bu barədə İran və Türkiyə xarici işlər nazirlərinin görüşündə aparılan danışıqlarda məlumat verilib.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan prezident İbrahim Rəisinin rəsmi dəvətini Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya təqdim edib.

Bildirilib ki, İbrahim Rəisi Rəcəb Təyyib Ərdoğanı İrana rəsmi səfərə dəvət edib.

Qeyd edək ki, Abdullahiyan və Çavuşoğlu Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində baş tutan bu görüşdə qarşılıqlı əlaqələri, Əfqanıstan və Suriya kimi bir sıra region məsələlərini müzakirə ediblər.