DÜNYA » SİYASƏT
23 Sentyabr 2021, 14:50 (GMT +4)

Taliban türkmənşəli həzarələri Əfqanıstanın üç bölgəsindən məcburən köçürür - KİV

Bakı, 23 sentyabr, SalamNews, B.Samid. Taliban hərəkatı Əfqanıstanın Daykindi və Qəzni əyalətlərinin üç rayonunda həzarə millətindən olan insanları buradan köçə məcbur edib. Minlərlə insan evsiz eşiksiz qalıb.

SalamNews Əfqanıstanın AmajNews xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Daykindi əyalətindəki mənbələr məlumat veriblər.

Bildirilib ki, Daykindinin və Qəzni əyalətinin Şirdağ, Cakə və Pəjulgə bölgələrində olan Həzarələr burdan köç etməyə məcbur ediliblər.

Məlumata görə artıq boşalan evlərdə Taliban özünə yaxın olanları yerləşdirir.

Qeyd edək ki, həzarələr Əfqanıstan əhalisinin təqribən 30 faizini təşkil edir, Onlar millətcə türkmənşəli, farsdilli və şiə məzhəbinə mənsubdurlar.