DÜNYA » SİYASƏT
24 Sentyabr 2021, 16:27 (GMT +4)

Borrel: AB Türkiyə ilə sıx əməkdaşlığa hazırdır

Bakı, 24 sentyabr, SalamNews. Ankara ilə sıx əməkdaşlıq və koordinasiya Avropa Birliyi və Türkiyə arasındakı əlaqələrin onurğasını təşkil edir.

SalamNews -un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Josep Borrel Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Nyu Yorkda keçirdiyi görüşdən sonra "Twitter" səhifəsində yazıb.

"Çavuşoğlunu BMT Baş Assambleyasında görmək çox xoş idi", AB diplomatiyasının rəhbəri bildirib.

Borrel türkiyəli nazirlə Ankara ilə Brüssel arasındakı əlaqələrin vəziyyəti və perspektivləri, Kipr problemini, Şərqi Aralıq dənizi və Əfqanıstandakı vəziyyəti müzakirə etdiyini bildirib.

"Türkiyə ilə sıx əməkdaşlıq və koordinasiya əsas amillərdir", Borrel yazıb.