AZƏRBAYCAN » CƏMİYYƏT
24 Sentyabr 2021, 16:52 (GMT +4)

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı, 24 sentyabr, SalamNews. Azərbaycanda bu gün 58 256 nəfər vaksinasiya olunub.

SalamNews xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 440 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 8 227 729, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 683 453, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 544 276 təşkil edir.