QAFQAZ » SİYASƏT
24 Sentyabr 2021, 17:50 (GMT +4)

İrəvan Ankara ilə münasibətləri tənzimləməyə hazır olduğunu təsdiqləyib

Bakı, 24 sentyabr, SalamNews. Ermənistan Türkiyə ilə münasibətləri tədricən normallaşdırmağa, ən yüksək səviyyədə iki ölkə nümayəndələrinin görüşlərini təşkil etməyə hazırdır.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlayıb.

"Biz artıq bütün bölgədə sülhün bərqərar edilməsi zəruriliyindən danışmışıq. Bu çərçivədə Türkiyə ilə münasibətləri tənzimləməliyik, proses tədricən keçirilməlidir. Əminik ki, bu münasibətləri tənzimləməyin yollarından biri yüksək səviyyəli görüşlərin keçirilməsidir", Qriqoryan bildirib.