AZƏRBAYCAN » İQTİSADİYYAT
25 Sentyabr 2021, 11:40 (GMT +4)

Azərbaycan manatının dövretmə sürəti artıb

Bakı, 25 sentyabr, SalamNews. Bu il sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,74 bənd təşkil edib.

SalamNews Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,03 bənd çox, yanvarın 1-nə nisbətən 0,17 bənd çox, ötən il sentyabrın 1-i ilə müqayisədə isə 0,07 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.