DÜNYA » SİYASƏT
25 Sentyabr 2021, 10:58 (GMT +4)

BMT son yeddi ildə ilk dəfə olaraq Suriya daxili müharibəsində ölənlərin statistikasını açıqlayıb

Bakı, 25 sentyabr, SalamNews, B.Samid. BMT Suriya daxili müharibəsində ölənlərdən 350 min nəfərin kimliyini müəyyənləşdirə bilib.

SalamNews xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Kommisarlığı məlumat yayıb.

Bildirilib ki, təşkilat Suriya daxili müharibəsində ölənlərdən 350,209 nəfərin kimliyini müəyyənləşdirib.

Rəqəmlər müharibə tərəflərinin hər iki və daxildə olan digər tərəflərinə də aiddir.

Məlumata görə öldüyü bilənən şəxslərin səkkiz faizi qadın, digər səkkiz faizi isə uşaqlardır.

BMT son statistikanı 2014-cü ildə yayımlamışdı. Təşkilat bildirir ki, ölənlərin sayı deyilən rəqəmdən çoxdur.

Suriya daxili müharibəsini izləyən müxalifət mənbələrindən olan və mərkəzi Londonda yerləşən “Suriya İnsan Hüquqları Müşahidə Qrupu”nun təqdim etdiyi rəqəmlərə görə bu say 500 min civarındadır. Onların təqribən yarısı Suriya hökumət qüvvələri, tərəfdarları və hökumətin nəzarətində olan bölgələrdəki mülki insanlara aiddir.