DÜNYA » SİYASƏT
25 Sentyabr 2021, 14:27 (GMT +4)

Somali paytaxtında minalanmış maşın partladılıb, ölənlər var

Bakı, 25 sentyabr, SalamNews, B.Samid. Somali paytaxtı Moqadişo şəhərində Prezident sarayı yaxınlığında minalanmış maşın partladılıb. Azı 7 ölü var.

SalamNews Sputnik-ə istinadla xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, bu gün Moqadişoda Prezident sarayı yaxınlığında bir kamikadze idarə etdiyi minalanmış maşını partladıb.

Bu terror aktı nəticəsində azı yeddi nəfər ölüb və doqquz nəfər yaralanıb.

Somalidə fəal olan “əş-Şəbab əl-Mucahidin” bu hücumu üzərinə götürüb.

Somalidə bu partlayışlar prezident Məhəmməd Abdullahla baş nazir Məhəmməd Hüseyn Roubli arasında siyasi çəkişmələr fonunda baş verir.