AZƏRBAYCAN » MEDİA
25 Sentyabr 2021, 14:48 (GMT +4)

"Yeni Klinika": Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur

Bakı, 25 sentyabr, SalamNews. Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

"Yeni Klinika"dan SalamNews-a verilən məlumata görə, jurnalistin vəziyyəti ağır-sabitdir.

"Vəziyyətində dəyişiklik yoxdur",- xəstəxanadan bildirilib.

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.