DÜNYA » SİYASƏT
25 Sentyabr 2021, 16:55 (GMT +4)

Avropa "Vaqner" muzdlularının Maliyə göndərilməsini qəbuledilməz hesab edir

Bakı, 25 sentyabr, SalamNews. “Vaqner” adlı özəl hərbi şirkətə məxsus rusiyalı muzdluların Maliyə göndərilməsi Avropa üçün qəbuledilməz olardı.

SalamNews -un DW-yə istinadən verdiyi xəbərə görə, bunu İsveç Müdafiə naziri Peter Hultkvist açıqlayıb.

"Əgər Vaqner muzdluları Malidə olsa biz bununla barışmayacayıq", Hultkvist bildirib.

İsveç Müdafiə Departamentinin rəhbəri bildirib ki, bir sıra ölkələr Avropa dövlətlərinin mövqeyini izah etmək üçün Mali hökumətinə müraciət etməyə hazırdır.

Bundan əvvəl Bamako hökuməti  hansı tərəfdaşlarla əməkdaşlıq edəcəklərinə müstəqil şəkildə qərar vermək niyyətində olduqlarını bildirmişdi.

Qeyd edək ki, sentyabrın 13-də "Reuters" agentliyi Rusiya Mali hökuməti ilə “Vaqner” adlı özəl hərbi şirkətə məxsus muzdluların bu ölkəyə daxil olmasına imkan verən müqavilə imzalamaq niyyətində olduğunu xəbər verib. Agentlik Mali ordusuna təlim keçmək və yüksək vəzifəli şəxsləri qorumaq üçün ölkəyə azı 1000 muzdlunun göndəriləcəyini qeyd edib.