QAFQAZ » CƏMİYYƏT
27 Sentyabr 2021, 14:37 (GMT +4)

Gürcüstanda son sutkada 27 nəfər COVID-19-dan ölüb  

Bakı, 27 sentyabr, SalamNews. Gürcüstanda son sutkada 663 yeni koronavirusa yoluxma qeydə alınıb, 27 nəfər ölüb.

SalamNews-un Gürcüstan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Səhiyyə Milli Mərkəzi məlumat yayıb.

İndiyə qədər qonşu ölkədə 607 155 nəfərə COVID-19-a yoluxma diaqnozu qoyulub, 8 844 nəfər dünyasını dəyişib.

Son sutkada 2383 nəfər olmaqla, ümumilikdə 578 881 nəfər müalicə alaraq sağalıb.