DÜNYA » CƏMİYYƏT
27 Sentyabr 2021, 15:06 (GMT +4)

ÜST COVID-19-un mənşəyi ilə bağlı yenidən istintaqa başlamağı planlaşdırır

Bakı, 27 sentyabr, SalamNews. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni dəlillər axtarmaq üçün 20 alimdən ibarət qrup yaradaraq COVID-19 virusunun mənşəyi ilə bağlı araşdırmalarını yenidən başlamağı planlaşdırır.

SalamNews xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Yeni patogenlərin mənşəyinin araşdırılması ilə bağlı yaradılan qrupaCOVID-19-un laboratoriyada yaradılıb-yaradılmadığını, gələcək virus riskləri ilə əlaqədar daha geniş araşdırmalar aparmaq tapşırıla bilər. Bu barədə ÜST rəsmiləri qəzetə məlumat verib. 

Alimlər qrupunun tərkibinə laboratoriya təhlükəsizliyi və bio təhlükəsizliyi üzrə mütəxəssislərin, həmçinin genetika və heyvan xəstəlikləri sahəsi üzrə mütəxəssislərin daxil olduğu qeyd edilir.